Bakı. Trend:
Tədris digər dillərdə aparılan siniflərdə "Azərbaycan tarixi"
fənni Azərbaycan dilində tədris ediləcək
2025-2026-cı tədris ilindən bütün ümumi təhsil müəssisələrinin V-VI
siniflərində Azərbaycan tarixi fənni Azərbaycan dilində tədris
ediləcək.
Trend xəbər verir ki, bu,"Ümumi təhsil müəssisələrinin 2025-2026-cı tədris ili üçün tədris planlarının təsdiqi barədə" elm və təhsil nazirinin əmrindəki tədris planlarına dair qeydlərdə öz əksini tapıb.
Xatırladaq ki, ötən illər tədirisi digər dillərdə aparılan VI siniflərdə"Azərbaycan tarixi" fənni həmin dilə uyğun təşkil edilirdi.