...

Abşeronda boya istehsalı zavodundakı yanğında xəsarət alanların sayı və vəziyyəti açıqlandı (YENİLƏNİB)

Cəmiyyət Materials 22 Avqust 2025 17:07 (UTC +04:00)
Abşeronda boya istehsalı zavodundakı yanğında xəsarət alanların sayı və vəziyyəti açıqlandı (YENİLƏNİB)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

22.08.2025-ci il tarixində saat 11:00 radələrində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində fabrikdə yanğın hadisəsinin baş verməsi barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, çağırış əsasında ümumilikdə 7 təcili tibbi yardım briqadası hadisə yerinə cəlb olunub.

"Təcili tibbi yardım briqadası tərəfindən 6 nəfər (kişi cinsli) tüstüdən zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub, zəruri tibbi yardım göstərildikdən sonra amulator müalicə üçün evə buraxılıblar, 1 nəfərə (kişi cinsli) sağ əlin yanığı, 1 nəfərə isə (kişi cinsli) özünü pis hiss etməsi səbəbi ilə yerində tibbi yardım göstərilib",- deyə əlavə edilib.

XXX

13:57

22.08.2025-ci il tarixində saat 11:00 radələrində Abşeron Rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində fabrikdə yanğın hadisəsinin baş verməsi barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilir ki, çağırış əsasında ilkin olaraq 7 təcili tibbi yardım briqadası hadisə yerinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti