...

Yük və sərnişin daşımaları həyata keçirənlər arasında maarifləndirmə tədbiri keçirilib (FOTO)

Cəmiyyət Materials 22 Avqust 2025 13:03 (UTC +04:00)
Yük və sərnişin daşımaları həyata keçirənlər arasında maarifləndirmə tədbiri keçirilib (FOTO)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Yük və sərnişin daşımaları həyata keçirənlər arasında maarifləndirmə tədbiri keçirilib

Trend xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları fəaliyyəti göstərən hüquqi və fiziki şəxslərin buraxılış vəsiqəsi, buraxılış kartı, reysqabağı texniki və tibbi müayinələrin keçirilməsi vəziyyəti və formulyarların tərtib edilməsinin yoxlanılması və bu sahədə qanunvericiliyə müvafiq olaraq tədbirlərin görülməsinin təbliği məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) birgə marifləndirici reydlər həyata keçirib.

Qeyd olunub ki, reydlər nəticəsində 56 nəqliyyat vasitəsinin buraxılış kartı və buraxılış vəsiqəsi olmadan fəaliyyət göstərdiyi, 4 nəqliyyat vasitəsinin texniki vəziyyətinin reysqabağı yoxlanışdan, sürücünün isə reysqabağı tibbi müayinədən keçmədiyi müəyyən edilib. Sürücülərlə izahedici söhbətlər aparılıb və qanunvericiliyin tələblərinə riayət etmələri tövsiyə olunub.

Məlumatda deyilir ki, avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımaları sahəsində daşıyıcıların qanunvericiliyə uyğun fəaliyyətini yoxlamaq və sürücüləri maarifləndirmək məqsədilə tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti