...

Azərbaycanın U-17 millisinin oyunlarının vaxtı açıqlandı

İdman Materials 22 Avqust 2025 20:46 (UTC +04:00)
Azərbaycanın U-17 millisinin oyunlarının vaxtı açıqlandı
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunlarının tarixi müəyyənləşib.

Trend AFFA-nın saytına istinadən xəbər verir ki, B Liqasının 1-ci qrupunda yer alan millimiz oktyabrın 24-də Uels, 27-də Kosovo, 30-da isə Moldova yığması ilə qarşılaşacaq.

Matçlar Moldovada təşkil olunacaq.

Oyunların başlanma saatı və stadionu ilə bağlı daha sonra məlumat veriləcəyi bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti