...

Kanada bir sıra ABŞ mallarına rüsumları ləğv edəcək

Dünya xəbərləri Materials 22 Avqust 2025 23:51 (UTC +04:00)

Bakı. Trend:

Kanada ABŞ-Kanada-Meksika Azad Ticarət Sazişi çərçivəsində göndərilən bir sıra ABŞ mallarına cavab idxal rüsumlarını ləğv edəcək.

Trend-in məlumatına görə, bu barədə Kanadanın Baş naziri Mark Karni mətbuat konfransında bildirib.

"Kanada Hökuməti <...> CUSMA-ya tabe olan ABŞ mallarına Kanadanın bütün rüsumlarını ləğv edəcək", - deyə o bildirib.

Onun sözlərinə görə, bu tədbir 2025-ci il sentyabrın 1-dən qüvvəyə minəcək.

"Kanada polad, alüminium və avtomobillərə tarifləri saxlayacaq, çünki biz bu məsələləri həll etmək üçün ABŞ ilə intensiv iş görürürk", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti