...

Ceyranbatanda açıq sahədə yanğın baş verib (VİDEO)

Hadisə Materials 22 Avqust 2025 15:51 (UTC +04:00)
Ceyranbatanda açıq sahədə yanğın baş verib (VİDEO)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində açıq sahədə yanğın baş verib

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb edilib.

Qeyd olunub ki, FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində açıq ərazidə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Məlumatda deyilir ki, yanğın nəticəsində 3 ha sahədə quru ot və kol-kos yanıb. Ərazidəki ağaclar yanğından mühafizə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti