Bakı. Trend:
Kapitallaşmaya görə ikinci ən böyük kriptovalyuta sayılan "Ethereum"un (ETH) qiyməti tarixi maksimumunu yeniləyərək 4,9 min dolları ötüb.
Trend-in məlumatına görə, bu barədə "Binance" platformasından bildirilib.
Saat 01:05-ə olan məlumata əsasən, "Ethereum"un məzənnəsi 15,5% artaraq 4 874,82 dollara yüksəlib.
Saat 01:08-də kriptovalyuta 4 883,64 dollar (+15,71%) olub. Eyni zamanda, bitkoinin qiyməti 4,21% artaraq 116,924 min dollar təşkil edib.