...

Tərtərdə yol qəzası: xəsarət alanlar var

Hadisə Materials 23 Avqust 2025 12:03 (UTC +04:00)
Tərtərdə yol qəzası: xəsarət alanlar var
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Tərtər. Trend:

Tərtərdə baş verən qəza zamanı 3 nəfər xəsarət alıb.

Trend-in yerli bürosunun xəbərinə görə, hadisə Hindarx Borsunlu avtomobil yolunun Tərtər rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Hundai” markalı avtomobil qarşıdan gələn “BMW” markalı avtomobil toqquşub. Baş vermiş qəza nəticəsində 3 nəfər Tərtər rayon sakinləri 1998-cil il təvəllüdlü Əsgərzadə Vaqif Yalçın oğlu, 2004-cü il təvəllüdlü İsayev Elgiz Çingiz oğlu və 1962-ci il təvəllüdlü İsmayılov İlqar İsmayıl oğlu müxtəlif dərəcəli xəsarət alaraq, Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti