...

Lənkəranda qadının üzərinə beton hasar aşdı, xəsarət aldı (VİDEO)

Hadisə Materials 22 Avqust 2025 16:40 (UTC +04:00)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Lənkəran şəhərində üzərinə beton hasar aşan vətəndaş köməksiz vəziyyətdə qalıb.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dərhal FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunub.

Qeyd edilib ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, vətəndaş - 1964-cü il təvəllüdlü Babayeva Brilyant Davud qızının fərdi yaşayış evinin beton piltədən ibarət hasarının uçması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq dağıntı altında köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.

Məlumatda bildirilib ki, xilasedicilər tərəfindən xüsusi vasitələrin tətbiqi ilə həyata keçirilən operativ tədbirlər nəticəsində B.Babayeva xilas olunaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti