Bakı. Trend:
Ali təhsil müəssisələrinin müsabiqəsində 88756 nəfər iştirak edib.
Trend xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən bildiriblər.
"Onlardan 57236 nəfəri (o cümlədən 6461 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27956 (o cümlədən 1728 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 29280 (o cümlədən 4733 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib", - deyə qeyd olunub.