...

DÇ-2026 ABŞ-yə 30 milyard dollardan çox gəlir gətirəcək - Tramp

Dünya xəbərləri Materials 23 Avqust 2025 02:57 (UTC +04:00)
DÇ-2026 ABŞ-yə 30 milyard dollardan çox gəlir gətirəcək - Tramp

Bakı. Trend:

Bəzi matçlarının Amerika şəhərlərində keçirilməsi planlaşdırılan 2026 FIFA Dünya Çempionatı uğurla keçiriləcək və tamaşaçıların təhlükəsizliyi təmin ediləcək.

Trend-in məluatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ evdə bildirib.

"Bu çempionat Amerika iqtisadiyyatına 30 milyard dollardan çox vəsait daxil edəcək, ölkə daxilində 185 min iş yeri yaradacaq. İdman aləmində heç bir hadisə bu qədər diqqətlə izlənilmir", - deyə o bildirib.

Tramp stadionlarda təhlükəsizliyin yüksək səviyyədə təmin ediləcəyinə ümid etdiyini bildirib.

ABŞ prezidenti həmçinin dekabrın 5-də Vaşinqtondakı Kennedi Mərkəzində dünya çempionatının püşkatma mərasiminin keçiriləcəyini açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti