...

Paytaxtın bu ərazisində hərəkətdə olan avtobuslar yenilənir (FOTO)

Cəmiyyət Materials 23 Avqust 2025 10:42 (UTC +04:00)
Paytaxtın bu ərazisində hərəkətdə olan avtobuslar yenilənir (FOTO)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

31 nömrəli marşrutda istismar olunan avtobuslar yenilənir

Trend xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, paytaxtın Badamdar qəsəbəsini Əhməd Cavad (Nizami Bağı) küçəsi ilə əlaqələndirən 31 nömrəli marşrutda istismar olunan avtobusların mərhələli qaydada yenilənməsinə başlanılıb.

Qeyd olunub ki, AYNA tərəfindən daşıyıcıya avtobus parkının yenilənməsi ilə bağlı verilən tapşırığa əsasən, 2025-ci il Çin istehsalı olan “Yutong” markalı 4 müasir, komfortlu və iritutumlu avtobus avqustun 23-dən daşımalara cəlb edilib.

"Yaxın aylarda xətdə olan digər avtobusların da yenilənməsi təmin ediləcək.

Qeyd edək ki, vətəndaşların rahatlığı, onlara keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədi ilə avtobus parkının yenilənməsi AYNA tərəfindən diqqətdə saxlanılır", - məlumatda deyilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti