Bakı. Trend:
Yəmənin "Ənsar Allah" husi üsyançıları İsrailin hava hücumundan müdafiə sistemini keçən hipersonik ballistik raketlə "Ben Qurion" hava limanına zərbələr endiriblər.
Trend-in məlumatına görə, bu barədə üsyançıların silahlı qüvvələrinin sözçüsü Yəhya Sariya bildirib.
Onun sözlərinə görə, əməliyyat “məqsədinə uğurla nail olub”.
Y.Saryia əlavə edib ki, atəş nəticəsində hava limanının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.