...

Neftçala və Tovuzda yaşıllıqlara 28 min manatlıq ziyan vurulub

Cəmiyyət Materials 22 Avqust 2025 18:16 (UTC +04:00)
Neftçala və Tovuzda yaşıllıqlara 28 min manatlıq ziyan vurulub
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Neftçala və Tovuz rayonlarının inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi halları aşkar olunub.

Bu barədə Trend-ə Xidmətdən məlumat verilib.

Bildirilir ki, araşdırma zamanı Neftçala rayonunun Aşağı Surra kəndi və Tovuz rayonu ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 28210 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər iki fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti