Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp bildirib ki, o, iki həftə ərzində Ukraynada hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini müəyyən etməyi ümid edir.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
"Bu müharibədə məni sevindirən heç nə yoxdur. Heç nə. Tamamilə heç nə. Gəlin görək bundan sonra nə olacaq. Düşünürəm ki, yaxın iki həftə ərzində işlərin hansı istiqamətdə gedəcəyini öyrənəcəyik", - deyə o qeyd edib.