...

"Qarabağ"dan ayrılan futbolçu fəaliyyətini Xorvatiyada davam etdirəcək

İdman Materials 22 Avqust 2025 17:42 (UTC +04:00)
"Qarabağ"dan ayrılan futbolçu fəaliyyətini Xorvatiyada davam etdirəcək
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

"Qarabağ"dan ayrılan Marko Veşoviçin yeni klubu müəyyənləşib.

Trend xəbər verir ki, monteneqrolu sağ cinah müdafiəçisi karyerasını Xorvatiyada davam etdirəcək.

Veşoviç "Lokomotiv"lə anlaşıb. Bu barədə Zaqreb təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 33 yaşlı futbolçu ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Marko Veşoviç 2021-ci ildən "Qarabağ"da çıxış edirdi. O, ötən mövsümün sonunda Azərbaycan çempionundan ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti