...

Pentaqon rəhbəri kəşfiyyat rəhbərini işdən çıxarıb

Dünya xəbərləri Materials 23 Avqust 2025 00:10 (UTC +04:00)
Pentaqon rəhbəri kəşfiyyat rəhbərini işdən çıxarıb

Bakı. Trend:

ABŞ-nin müdafiə naziri Pit Heqset Pentaqonun kəşfiyyat idarəsinin rəhbəri general-leytenant Cefri Kruzu vəzifəsindən azad edib.

Trend-in məlumatına görə, bu barədə "Washington Post" qəzeti mənbələrə istinadən xəbər verib.

Qəzetin mənbələri işdən çıxarılmasının dəqiq səbəbini açıqlamayıb, yalnız Heqset tərəfindən mümkün “etibar itkisi”ni ehtimal ediblər.

ABŞ Müdafiə Nazirliyi və onun kəşfiyyat idarəsi baş verənlərlə bağlı hələlik münasibət bildirməyib.

Xəbər lenti

Xəbər lenti