...

Azərbaycanda bu ilin birinci yarısında baş verən partlayışların sayı məlum olub

Hadisə Materials 22 Avqust 2025 15:44 (UTC +04:00)
Azərbaycanda bu ilin birinci yarısında baş verən partlayışların sayı məlum olub
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Bu ilin I yarımilində Azərbaycanda 24 partlayış hadisəsi baş verib.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, partlayışlardan 14-ü fərdi evlərdə, 3-ü fərdi evin yardımçı tikililərində, 3-ü çoxmənzilli yaşayış binalarında, 2-si sənaye obyektlərinin binalarında, 1-i nəqliyyatda, 1-i ticarət obyektlərində baş verib.

Bu partlayışlar ötən ilin eyni dövrü ilə müqayisədə 12 hadisə və ya 33% azdır.

Həmçinin qeyd edək ki, 2025-ci ildə partlayışlar zamanı 6 nəfər ölüb, 38 nəfər xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti