...

"TikTok"u almaq niyyətində olan ABŞ alıcılarının siyahısı var - Tramp

Dünya xəbərləri Materials 22 Avqust 2025 21:31 (UTC +04:00)
"TikTok"u almaq niyyətində olan ABŞ alıcılarının siyahısı var - Tramp

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Çinin "ByteDance" şirkətinə məxsus "TikTok" sosial şəbəkəsini almaq niyyətində olan amerikalı alıcıların siyahısının əldə etdiyini bildirib.

Trend-in məlumatına görə, bu barədə Donald Tramp jurnalistlərə deyib.

"Alıcılarımız var, onu almaq istəyən çox ciddi amerikalı alıcılarımız var", - deyə o bildirib.

D.Tramp həmçinin qeyd edib ki, o, hələlik Çin prezidenti Si Cinpinlə bu barədə danışmayıb, lakin bunu lazımi vaxtda etmək niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti