...

Azərbaycan güləşçisi erməni rəqibinə qalib gələrək, dünya çempionu olub

İdman Materials 22 Avqust 2025 21:48 (UTC +04:00)
Azərbaycan güləşçisi erməni rəqibinə qalib gələrək, dünya çempionu olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bolqarıstanın Samokov şəhərində U20 dünya çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, yunan Roma-güləşçimiz Ayxan Cavadov (60 kq) finalda ermənistanlı Yurik Mxitaryanla qarşılaşıb. Fasiləyə 3:5 hesabıyla geridə yollanan Cavadov ikinci hissədə əzmkarlıq nümayiş etdirərək inamlı qələbə qazanıb – 12:5. Beləliklə, bu yarışda Ayxan ilk dünya çempionumuz olub. Ötən il U17 yaş qrupunda dünya və Avropa çempionu olan yunan-Roma güləşçimiz bu il eyni uğura U20 yaş qrupunda imza atıb.

Elmin Əliyev (82 kq) təsəlliverici görüşdə özbəkistanlı Azimcan Soatullayevə (0:8), Zəhra Kərimzadə (72 kq) isə rusiyalı U23 Avropa çempionu Kristina Bratçikovaya (tuş) məğlub olub.

Qeyd edək ki, DÇ-də medallarımızın sayı 6-ya çatıb. Daha öncə Ruzanna Məmmədova (62 kq) gümüş, Günay Qurbanova (59 kq), Vasif Bağırov (57 kq), Nurlan Ağazadə (70 kq) və Yusif Dursunov (125 kq) isə bürünc medal qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti