...

İndi ABŞ Intel-də 10 faiz paya sahibdir - Tramp

Dünya xəbərləri Materials 23 Avqust 2025 02:24 (UTC +04:00)
İndi ABŞ Intel-də 10 faiz paya sahibdir - Tramp

Bakı. Trend:

ABŞ hazırda "Intel" texnologiya korporasiyasında 10 faiz paya sahibdir.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.

"ABŞ-ın indi daha da parlaq gələcəyi olan böyük Amerika şirkəti olan "Intel"in 10 faizinə tam sahib olduğunu və ona nəzarət etdiyini bildirmək mənim üçün böyük şərəfdir", - deyə o bildirib.

Tramp qeyd edib ki, o, Intel-in baş direktoru Lip-Bu Tan ilə "bu müqaviləni müzakirə edib". "ABŞ bu səhmlər üçün heç bir ödəniş etməyib və onların dəyəri hazırda təxminən 11 milyard dollardır. Bu, Amerika üçün, Intel üçün isə böyük bir razılaşmadır", - deyə o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti