...

ABŞ-də 50 turisti daşıyan avtobus aşıb

Dünya xəbərləri Materials 23 Avqust 2025 01:16 (UTC +04:00)
ABŞ-də 50 turisti daşıyan avtobus aşıb

Bakı. Trend:

ABŞ-nin Nyu-York ştatında turist avtobusunun aşması nəticəsində azı bir uşaq da daxil olmaqla bir neçə nəfər ölüb

Trend-in məlumatına görə, bu barədə "CNN" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, turistlər Niaqara şəlaləsini ziyarət etdikdən sonra Nyu-Yorka qayıdırdılar. 50 sərnişini olan avtobus yüksək sürətlə hərəkətdə olarkən sürücü “naməlum səbəbdən” idarəetməni itirib. Nəticədə avtobus yoldan çıxaraq kanala aşıb.

Ölən və yaralananların dəqiq sayı hələ açıqlanmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti