Bakı. Trend:
İspaniya La Liqasında II tura start verilib.
Trend-in məlumatına görə, turun açılış oyununda “Betis” Sevilyada “Alaves”i qəbul edib.
Gərgin və bərabər mübarizə ilə yadda qalan qarşılaşmada yeganə qolu “Betis”in argentinalı yarımmüdafiəçisi Covanni Lo Selso 16-cı dəqiqədə vurub.
Meydan sahibləri hesabdakı üstünlüyü sona qədər qoruyaraq 1:0 hesablı qələbə qazanıblar.