Bakı. Trend:
Niderlandın xarici işlər naziri vəzifəsini icra edən Kaspar Veldkamp İsrailə qarşı sanksiyaların gücləndirilməsi ilə bağlı hökumət daxilində fikir ayrılıqlarını əsas gətirərək istefa verib.
Trend-in məlumatına görə, bu barədə "NU.nl" xəbər portalı bildirib.
Veldkampın sözlərinə görə, o, bu istiqamətdə "əhəmiyyətli əlavə addımlar ata bilməyəcəyi" qənaətinə gəlib. Qərarını izah edən siyasətçi onu da bildirib ki, zəruri hesab etdiyi tədbirlərin “müstəqil və sərbəst həyata keçirilməsi” üçün heç bir şərait yoxdur.
İstefadan əvvəl Niderland Nazirlər Kabinetinin cümə günü keçirilən iclasında Veldkampın Qəzza zolağında hərbi əməliyyatla əlaqədar İsrailə qarşı təklif etdiyi əlavə sanksiyalar bir neçə saat ərzində müzakirə olunub.