...

İtaliyanın keçmiş baş naziri Avropanın geosiyasi təsirinin azaldığını bildirib

Dünya xəbərləri Materials 23 Avqust 2025 05:38 (UTC +04:00)
İtaliyanın keçmiş baş naziri Avropanın geosiyasi təsirinin azaldığını bildirib

Bakı. Trend:

İtaliyanın keçmiş baş naziri və Avropa Mərkəzi Bankının (AMB) keçmiş rəhbəri Mario Draqi ABŞ prezidenti Donald Trampın Ağ Evə gəlişi ilə Avropa İttifaqının (Aİ) geosiyasət və beynəlxalq ticarətdəki çəkisi illüziyasının aradan qalxdığı barədə fikir bildirib.

Trend-in məlumatına görə, bu barədə "Corriere della Sera" nəşri xəbər verib.

"Uzun illər Avropa İttifaqı hesab edirdi ki, 450 milyon istehlakçısı olan iqtisadi ölçü geosiyasətdə və beynəlxalq ticarət əlaqələrində çəki daşıyır. Bu il bu illüziyanın dağıdıldığı il kimi yadda qalacaq", - deyə M.Draqi bildirib.

İtaliyanın keçmiş baş naziri hesab edir ki, dönüş nöqtəsi Trampın hakimiyyətə gəlməsi ilə baş verib. Onun sözlərinə görə, j vaxtdan bəri çox şey dəyişib. Xüsusilə, Avropa İttifaqı "ən böyük ticarət tərəfdaşı və uzunmüddətli müttəfiqi ABŞ" tərəfindən tətbiq edilən rüsumlarla razılaşmalı oldu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti