Bakı. Trend:
ABŞ-nin Luiziana ştatında yerləşən "Smitty's Supply" yağ və sürtkü materiallarının istehsalı zavodunda partlayış baş verib.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, öncə partlayış, daha sonra yanğın olub. Zavodda təxliyə başlanılıb, ardınca müəssisənin yaxınlığında və təxminən 1.6 km radius zonasında yaşayan insanların məcburi təxliyəsi elan edilib.
Xəsarət alanlar və onların sayı barədə məlumat verilmir.