...

Azərbaycanda minalara aid yeni xəbərdaredici lövhələr quraşdırılacaq

Tender müsabiqələri Materials 23 Avqust 2025 11:42 (UTC +04:00)
Azərbaycanda minalara aid yeni xəbərdaredici lövhələr quraşdırılacaq
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) xəbərdaredici (maarifləndirici) lövhələrin quraşdırılması işləri ilə əlaqədar tender elan edib.

Trend xəbər verir ki, sözügedən lövhələrin quraşdırılması ilə bağlı bir neçə şərt müəyyənləşdirilib.

Belə ki, 1400 ədəd uzunluğu 3,5 metr (3500 mm), diametri 75 mm, sac qalınlığı 3,5 mm olan, korroziya əleyhinə boya (antipas) ilə yüksək keyfiyyətlə işlənmiş və gümüşü boz rəngdə boyanmış borular alınacaq.

Eyni zamanda ölçüləri 180x120sm olan mina xəbərdaredici (maarifləndirici) lövhə üçün istifadə olunan materiallar aşağıdakı kimi müəyyənləşdirilib:

Lövhənin çərçivəsi qaramtıl profillərdən (40x20mm) hazırlanır, metal profil antipasla və gümüşü boya ilə rənglənir. Profil üzərinə 18 mm qalınlığında dikt şrupla bərkidilir. Diktin üzərinə isə xüsusi xəbərdaredici şəkillər olan vinil materialdan üz çəkilərək stepler ilə bərkidilir və kənarları sinklənmiş bucaq yaşmaqla bağlanır (müxtəlif şəkillər və mövzu yazılmış üzlüyün çapı daxil). Hər bir lövhə basdırılan iki ədəd dayağa (borular) bolt vasitəsiylə bərkidilir. Xəbərdaredici lövhənin yerdən hündürlüyü 1,6 m təşkil etməlidir.

Agentlik hazırda sözügedən işləri icra edəcək şirkət axtarışındadır.

ANAMA xəbərdaredici (maarifləndirici) lövhələrin konkret olaraq hansı ərazilərdə quraşdırılacağını açıqlamasa da, görüləcək işlərin ümumilikdə 679,6 min manata başa gələcəyini proqnozlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti