Bakı.Trend:
Nəsimi rayonu Alı Mustafayev küçəsində (Ceyhun Səlimov küçəsi ilə kəsişməsindən Xutor tuneli istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti tam,Ziya Bünyadov prospektində (Əhməd Rəcəbli küçəsi ilə kəsişməsindən 20 Yanvar dairəsi istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, Aparılacaq təmir işləri ilə əlaqədar olaraq, 24 avqust saat 07:00-dan saat 22:00-dək Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində (Ceyhun Səlimov küçəsi ilə kəsişməsindən Xutor tuneli istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti tam, Bakı şəhəri, Ziya Bünyadov prospektində (Əhməd Rəcəbli küçəsi ilə kəsişməsindən 20 Yanvar dairəsi istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Qeyd edilib ki, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.