Bakı. Trend:
Avqust ayının 23-də Ağdam rayonunun Əfətli kəndinin ərazisində əkin sahəsində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Trend-ə bildirilib ki,
araşdırmalarla yanğını 64 yaşlı Nuşrəvan Əliyevin törətdiyi məlum
olub. Hadisə nəticəsində 1 hektar ərazidə ərazidə quru ot və
kol-kos yanıb.
Həmin şəxs saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir
görülüb.
Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.