Bakı. Trend:
Prezident Donald Trampın bağladığı yeni müqaviləyə əsasən, Birləşmiş Ştatlar "Intel" şirkətində 10% paya malik olacaq.
Trend xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri "Truth Social" sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, səhmlər ABŞ-yə pulsuz çatacaq.
"Sövdələşmə barədə şirkətin baş direktoru Lip-Bu Tan ilə razılığa gəldim. Səhmlər hazırda təxminən 11 milyard dollar dəyərindədir", - Tramp əlavə edib.