...

“TikTok” bu ölkədə yüzlərlə iş yerini ixtisar edə bilər

Dünya xəbərləri Materials 23 Avqust 2025 17:32 (UTC +04:00)
“TikTok” bu ölkədə yüzlərlə iş yerini ixtisar edə bilər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“TikTok” Böyük Britaniyada yüzlərlə iş yerini ixtisar etmək niyyətindədir.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, şirkət problemli məzmunları dəyərləndirmək üçün süni intellektdən istifadə etməyə başlayıb və bu proses xüsusilə etimad və təhlükəsizlik bölməsində çalışan moderatorların işlərini risk altına salır. Hazırda platformadan qaydaları pozduğuna görə silinən videoların 85 faizdən çoxu avtomatlaşdırılmış alətlər tərəfindən aşkarlanır.

Qeyd edək ki, bu yaxınlarda Böyük Britaniyada qüvvəyə minən “Onlayn təhlükəsizlik aktı”na görə, sosial şəbəkələr zərərli məzmunun yayılmasının qarşısını ala bilmədikləri halda böyük məbləğdə cərimələrlə üzləşə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti