Bakı. Trend:
Quba rayonu, Gədikqışlaq kəndində dağlıq ərazidə baş verən yanğın barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal hadisə yerinə Nazirliyin qüvvələri cəlb olunub.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində mürəkkəb relyefli dağlıq ərazidə alovun genişlənməsinin və böyük sahəyə yayılmasının qarşısı alınıb, yanğın qısa müddətdə söndürülüb.
Yanğınla mübarizəyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Mülki Müdafiə Qoşunlarının qüvvələri cəlb olunub.
XXX
15:25
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Quba rayonu, Gədikqışlaq kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından
Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam
edir.
Əlavə məlumat veriləcək.