...

Azərbaycanda dərman istehsalı 29% artıb

İqtisadiyyat Materials 23 Avqust 2025 14:27 (UTC +04:00)
Azərbaycanda dərman istehsalı 29% artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-iyul aylarında Azərbaycanda 9,5 milyon manat dəyərində dərman istehsal edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, dərman istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 milyon manat və ya 29% çoxdur.

Belə ki, 2024-cü ilin ilk 7 ayında ölkədə 7,3 milyon manat dəyərində dərman istehsal edilmişdi.

Cari ilin avqustun 1-i tarixinə ölkədə 480,3 min manatlıq hazır dərman ehtiyatı var.

Bununla yanaşı, bəhs olunan dövrdə Azərbaycanda 1,9 milyon ədəd tibbi maska istehsal edilib ki, bu da illik müqayisədə dəyişməsə də son iki ildə 0,4 milyon ədəd və ya 26,7% artım deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti