...

Binədə evdən oğurluq edən şəxs saxlanıldı

Hadisə Materials 23 Avqust 2025 12:33 (UTC +04:00)
Binədə evdən oğurluq edən şəxs saxlanıldı
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Avqustun 21-də paytaxtın Xəzər rayonunda talama cinayəti qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə ️DİN-in Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, naməlum şəxs gecə saatlarında Binə qəsəbə sakininin evinin pəncərəsini qıraraq içəri daxil olub və 7000 manat oğurlayıb.

Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı X.Vüqaroğlu müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti