Bakı. Trend:
2025-ci ilin birinci yarısında "Səngəçal" terminalından 106 milyon barel neft və kondensat ixrac edilib ki, bunun da əsas hissəsi Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə göndərilib.
Bu barədə Trend-ə bp-yə istinadən xəbər verir.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin eyni dövründə ixracın həcmi 110 milyon barel olub, beləliklə, göstərici illik müqayisədə 3,6 faiz azalıb.
Göstərilən müddətdə "AÇG" və "Şahdəniz" yataqlarından neft və qaz sualtı boru kəmərləri ilə "Səngəçal" terminalına axmaqda davam etmişdir.
Bu gün terminalın gündəlik gücü 1,2 milyon barel neft və kondensat, həmçinin “Şahdəniz” yatağından təqribən 81 milyon standart kubmetr qaz təşkil edir. Qazın emalı və ixracı üzrə ümumi gücü, o cümlədən AÇG-dən səmt qazı sutkada 100 milyon standart kubmetrə çatır.