...

Suriya və İsrail təhlükəsizlik üzrə saziş üçün danışıqlarda irəliləyiş əldə edib

Dünya xəbərləri Materials 25 Avqust 2025 04:31 (UTC +04:00)
Suriya və İsrail təhlükəsizlik üzrə saziş üçün danışıqlarda irəliləyiş əldə edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Suriya və İsrail nümayəndə heyətləri təhlükəsizlik tədbirləri ilə bağlı ikitərəfli sazişin hazırlanması üzrə danışıqlarda irəliləyiş əldə ediblər.

Trend xəbər verir ki, bu barədə Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa Dəməşqdə ərəb mediasının nümayəndələri ilə görüşündə bildirib.

Onun sözlərinə görə, müzakirə olunan razılaşma İsrail və Suriya qüvvələrinin 1974-cü ildə Qolan təpələrində müəyyən edilmiş ayırma xəttinə geri dönməsini nəzərdə tutacaq.

Əl Şaraa həmçinin Yaxın Şərq ölkələri arasında iqtisadi inteqrasiyanın vacibliyini vurğulayıb və Suriya ilə regionun maraqlarına uyğun istənilən qərarı qəbul etməkdən və ya razılaşmanı təsdiqləməkdən çəkinməyəcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti