...

Belçika yerli soya istehsalına start verir

Turizm Materials 24 Avqust 2025 02:57 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Belçikanın Şərqi Flandriya bölgəsində bahalı azot gübrələrinə ehtiyac duymayan və ABŞ-dən idxal asılılığını azaltmağa imkan verəcək iri miqyaslı soya istehsalı layihəsinə başlanılıb.

Trend-in məlumatına görə, “VRTnws” yazır ki, məqsəd soyanı Flandriyaya gəlirli və davamlı kənd təsərrüfatı məhsulu kimi gətirməkdir. Hazırda ölkəyə əsasən ABŞ və Latın Amerikasından idxal olunan soyanın üstünlüyü zülalla zəngin olması və havadan azot udaraq gübrəyə ehtiyac yaratmamasıdır.

Məlumata əsasən, belçikalı alimlər krallığın iqliminə uyğunlaşa bilən, şaxtaya davamlı 320 soya sortunu sınaqdan keçirirlər.

Xəbər lenti

Xəbər lenti