Bakı. Trend:
ABŞ Hərbi Dəniz Qüvvələri Qrenlandiyaya “Boeing E-6B Mercury” tipli hərbi komanda təyyarəsi yerləşdirib.
Trend-in məlumatına görə, nüvə sualtı qayıqları ilə əlaqə saxlaya bilən bu təyyarə Qrenlandiya yaxınlığında “qeyri-adi” uçuş zamanı müşahidə edilib. ABŞ Hərbi Dəniz Qüvvələri E-6B-nin Pituffik kosmik bazasında yerləşdirildiyini təsdiqləyib.
Qeyd olunur ki, “Merkuri” adlanan bu hava komanda məntəqəsi nüvə silahı daşıyan sualtı qayıqların idarə olunması, əlaqələndirilməsi və nəzarəti üçün istifadə olunur.