...

Almaniya icbari hərbi xidmət sistemini yeniləməyə hazırlaşır

Dünya xəbərləri Materials 24 Avqust 2025 05:57 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya hakimiyyəti icbari hərbi xidmət sistemini modernləşdirməyə yaxınlaşır.

Trend-in Bloomberg-ə istinadən məlumatına görə, yanvar ayında qüvvəyə minməsi planlaşdırılan yeni qanun könüllülərin işə qəbul hədəflərinin yerinə yetirilməməsi halında parlamentin təsdiqindən sonra hökumətə hərbi xidmətə çağırış səlahiyyəti verəcək.

Yeni qanunvericiliyə əsasən, 18 yaşına çatmış kişilər sağlamlıq vəziyyəti, mövcud bacarıqları və hərbi xidmət keçmək arzusu barədə anket doldurmalı olacaq. Məqsəd gənclərlə Bundesver arasında qarşılıqlı əlaqəni stimullaşdırmaqdır.

Qanun layihəsinin çərşənbə günü Nazirlər Kabineti tərəfindən təsdiqlənəcəyi gözlənilir.

Agentlik həmçinin qeyd edir ki, alman silahlı qüvvələri yeni işə qəbul olunanlara “səxavətli şərtlər” təqdim edəcək. Yeni qanuna əsasən, onların maaşı üçdə bir artırılaraq 2,3 min avronu keçəcək.

Xəbər lenti

Xəbər lenti