...

Misli Premyer Liqası: “Karvan-Yevlax” “Kəpəz”i 3:2 hesabı ilə məğlub edib

İdman Materials 23 Avqust 2025 21:35 (UTC +04:00)
Misli Premyer Liqası: “Karvan-Yevlax” “Kəpəz”i 3:2 hesabı ilə məğlub edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Misli Premyer Liqasının II turu çərçivəsində keçirilən daha bir oyunda “Kəpəz” və “Karvan-Yevlax” qarşılaşıb.

Trend-in məlumatına görə, Yevlax təmsilçisi 3:2 hesabı ilə qələbə qazanıb. Qalibiyyət qollarını 38-ci dəqiqədə penaltidən Coy Sleyd Mikels, 52-ci dəqiqədə Tompson Qavi və 89-cu dəqiqədə Kayl Spens vurub. “Kəpəz”in qollarını 77-ci dəqiqədə Məqsəd İsayev və 90+6-cı dəqiqədə Vitor Feyjao qeyd edib.

Qeyd edək ki, turun əvvəlki matçlarında “İmişli” “Neftçi” ilə 0:0 bərabərə qalıb, “Sumqayıt” isə səfərdə “Qarabağ”ı 1:0 hesabı ilə məğlub edib. Digər qarşılaşmalar avqustun 24 və 25-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti