...

Türkiyədə bu il 5 mindən çox yanğın qeydə alınıb

Tender müsabiqələri Materials 23 Avqust 2025 20:54 (UTC +04:00)
Türkiyədə bu il 5 mindən çox yanğın qeydə alınıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin əvvəlindən indiyədək Türkiyənin yaşıllıq sahələrində 5 min 399 yanğın baş verib. Onlardan 2 min 311-i meşəlik ərazilərdə, 3 min 88-i isə meşəlikdən kənarda qeydə alınıb. Yanğınlar nəticəsində ümumilikdə 69 min hektar meşə sahəsi zərər görüb.

Trend xəbər verir ki, Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinə bağlı Meşə Təsərrüfatı Baş İdarəsinin (OGM) inventarındakı hava vasitələri bu il meşə yanğınları ilə mübarizə çərçivəsində ümumilikdə 19 min 170 saat uçuş həyata keçirib.

Təyyarələr 4 min 240, helikopterlər 10 min 593, pilotsuz uçuş aparatları isə 4 min 337 saat havada olub. Yanğınların söndürülməsinə 27 təyyarə, 105 helikopter, 14 PUA, 5 min 359 quru texnikası və 25 min nəfərlik heyət cəlb olunub. Bu müddətdə 162 min 514 ton su sərf edilib.

Xəbər lenti

Xəbər lenti