...

A Seriyasında yeni mövsümə start verilib

Maraqlı Materials 24 Avqust 2025 01:58 (UTC +04:00)
A Seriyasında yeni mövsümə start verilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliya A Seriyasında 2025/2026 mövsümünə start verilib.

Trend-in məlumatına görə, son çempion “Napoli” ilk turda səfərdə “Sassuolo”nu məğlub edib. Neapol təmsilçisinin qollarını Skott Maktominay və Kevin de Bruyne vurublar.

“Milan” isə mövsümə uğursuz başlayıb. “Rossoneyerilər” doğma meydanda “Kremoneze”yə 1:2 hesabı ilə məğlub olublar.

İtaliya A Seriyası
1-ci tur
23 avqust
20:30. Cenoa - Leççe - 0:0
20:30. Sassuolo - Napoli - 0:2
22:45. Milan - Kremoneze - 1:2
22:45. Roma - Bolonya - 1:0

Xəbər lenti

Xəbər lenti