Bakı. Trend:
Azərbaycanın 3x3 basketbol üzrə qadın millisi Dünya Qadın Seriyasının Səbail mərhələsinin 1/4 finalına çıxıb.
Trend xəbər verir ki, Fəvvarələr Meydanında keçirilən yarışda yığma B qrupunda ikinci yeri tutub.
İlk görüşdə Çexiyaya 15:17 hesabı ilə uduzan komanda, Filippinə qarşı 21:14 hesabı ilə qələbə qazanıb.
Azərbaycan millisi sabah 1/4 finalda Rumıniyanın “Rapid” klubu ilə qarşılaşacaq.