...

Nigeriya HHQ sərhəd bölgəsində 35 silahlını məhv edib

Dünya xəbərləri Materials 24 Avqust 2025 00:28 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Nigeriya Hərbi Hava Qüvvələri (HHQ) Kamerunla sərhəd ərazisində həyata keçirdiyi hava hücumları nəticəsində azı 35 silahlını zərərsizləşdirib.

Trend xəbər verir ki, bu barədə “Reuters”ə HHQ-nin sözçüsü Ehimen Ejodame məlumat verib.

Bildirilib ki, əməliyyat qruplaşmanın quru qoşunlarına hücum planlaşdırdığına dair kəşfiyyat məlumatı əsasında həyata keçirilib. Ardınca quru qoşunları ərazinin tam nəzarətə alındığını təsdiqləyib.

Qeyd olunur ki, bu hücum Nigeriya ordusunun ölkənin şimal-şərqində apardığı gücləndirilmiş əməliyyatın tərkib hissəsidir. Ordu ötən həftə açıqlayıb ki, 2025-ci ilin ilk səkkiz ayında ümumilikdə 592 silahlı məhv edilib.

Xəbər lenti

Xəbər lenti