...

La Liqada ikinci tur: “Atletiko” bərabərliklə kifayətlənib, “Barselona” qələbə qazanıb

İdman Materials 24 Avqust 2025 05:31 (UTC +04:00)
La Liqada ikinci tur: “Atletiko” bərabərliklə kifayətlənib, “Barselona” qələbə qazanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

La Liqanın ikinci turunda Madridin “Atletiko” klubu doğma meydanda “Elçe” ilə qarşılaşıb.

Trend-in məlumatına görə, görüşdə hesabı 8-ci dəqiqədə Aleksander Sörlot açıb. “Elçe” isə Rafael Mir Visentenin qolu ilə hesabı bərabərləşdirib – 1:1. Beləliklə, “Atletiko” bu mövsümdə ardıcıl ikinci heç-heçə nəticəsini qeydə alıb.

Digər qarşılaşmada “Barselona” çətin qələbə qazanıb. “Levante” ilə oyunda ilk hissədə 0:2 hesabı ilə geri düşən kataloniyalılar fasilədən sonra geriyə dönüb, 3 qol vuraraq Hans Flikin komandası 3 xalı əldə edib

Xəbər lenti

Xəbər lenti