Bakı. Trend:
Kanadanın baş naziri Mark Karni avqustun 25-dən 27-dək Polşa, Almaniya və Latviyaya rəsmi səfər edəcək.
Trend-in məlumatına görə, bu barədə Kanada baş nazirinin mətbuat xidməti açıqlama yayıb.
Bəyanatda qeyd olunur ki, Karni Avropa müttəfiqləri ilə münasibətləri gücləndirməyə və ticarət, enerji, kritik minerallar və kollektiv müdafiə kimi əsas sahələrdə əməkdaşlığı inkişaf etdirməyə diqqət yetirəcək.
Sənəddə həmçinin bildirilir ki, baş nazir Berlinə səfəri zamanı Almaniya kansleri Fridrix Mertslə görüşəcək.