...

CAR Prezidenti Ramafoza Makron, Stubb və Zelenski ilə Ukrayna münaqişəsini müzakirə edib

Dünya xəbərləri Materials 24 Avqust 2025 01:11 (UTC +04:00)
CAR Prezidenti Ramafoza Makron, Stubb və Zelenski ilə Ukrayna münaqişəsini müzakirə edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafoza Fransa Prezidenti Emmanuel Makron, Finlandiya Prezidenti Aleksandr Stubb və Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb.

Trend xəbər verir ki, CAR Prezident Administrasiyasının məlumatına görə, söhbətlər zamanı liderlər Cənubi Afrikanın Rusiya-Ukrayna münaqişəsinin həllindəki rolunu yüksək qiymətləndiriblər.

Ramafoza həm Rusiya, həm də Ukrayna liderləri ilə yanaşı ABŞ prezidenti arasında da ikitərəfli və üçtərəfli görüşlərin keçirilməsinin vacibliyini qeyd edib. O, bütün tərəfləri bu fürsətdən yararlanmağa və sülhə nail olmaq üçün səyləri davam etdirməyə çağırıb.

Məlumatda həmçinin bildirilib ki, yaxın günlərdə və həftələrdə digər Avropa liderləri ilə də danışıqlar planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti