Bakı. Trend:
“Kristal Pelas”ın yarımmüdafiəçisi Ebereçi Eze artıq “Arsenal”ın futbolçusudur.
Trend xəbər verir ki, transferin dəyəri 79 milyon avro təşkil edib. Müqavilənin müddəti 2030-cu ilə qədərdir. Futbolçu yeni komandasında 10 nömrəli forma ilə çıxış edəcək.
“Arsenal”ın baş məşqçisi Mikel Arteta transferi yüksək qiymətləndirərək bildirib
“Ebereçini “Arsenal”a gətirdiyimiz üçün çox şadıq. O, hücum oyunumuza yeni səviyyə qatacaq qədər güclü oyunçudur. Onun keçdiyi yol, mentaliteti və ambisiyası bizim heyətimizdə tam olaraq istədiyimiz keyfiyyətlərdir. Biz onun və ailəsinin klubumuza qoşulmasını böyük dəyər kimi görürük. Hamımız tezliklə Ebereçi ilə işləməyi səbirsizliklə gözləyirik”.