...

Poçt xidmətləri ABŞ-yə bağlamaların çatdırılmasını dayandırır

Turizm Materials 24 Avqust 2025 03:35 (UTC +04:00)
Poçt xidmətləri ABŞ-yə bağlamaların çatdırılmasını dayandırır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bütün dünyada poçt operatorları ABŞ-nin yeni gömrük qaydalarına görə ölkəyə bağlamaların çatdırılmasını dayandırmağa başlayıblar.

Trend-in “Bloomberg”ə istinadən verdiyi xəbərə görə, avqustun 29-dan etibarən ABŞ 800 dollara qədər olan malların rüsumsuz idxalına imkan verən “de minimis” qaydasını ləğv edir. Bu istisna hər gün ölkəyə daxil olan 4 milyondan çox bağlamaya aid idi və xüsusilə “Shein Group Ltd” və “Temu” kimi onlayn pərakəndəçilər tərəfindən geniş istifadə olunurdu.

Yeni qaydalara əsasən, mənşə ölkəsindən asılı olmayaraq bütün mallar gömrük nəzarətindən keçəcək və rüsum tutulacaq. Yalnız 100 dollardan ucuz mallar bundan azad ediləcək.

Səlahiyyətlilər bildirirlər ki, bu addım qeyri-qanuni malların idxalının qarşısını almaq və tədarük zəncirlərinə düşən yükü azaltmaq məqsədi daşıyır. Xüsusilə, bağlamaların fentanil kimi narkotiklərin qaçaqmalçılığı üçün istifadə edilməsindən narahatlıq ifadə olunub.

Beynəlxalq poçt xidmətləri isə yeni tələblərə etiraz olaraq ABŞ-yə çatdırılmanı müvəqqəti olaraq dayandırır və ya məhdudlaşdırır.

Xəbər lenti

Xəbər lenti