Bakı. Trend:
İspaniyalı motosikletçi Pedro Akosta Macarıstan Qran-prisində məşq zamanı motosikletin idarəetməsini itirərək trasdan çıxıb.
Trend-in RBK-yə istinadən məlumatına görə, Akostanın motosikleti bir neçə metr havaya qalxaraq qüllədəki kameraya çırpılıb. Xoşbəxtlikdən operator toqquşmadan yayınmağı bacarıb.
Qeyd olunur ki, motosiklet yarışları üzrə 2025-ci il Macarıstan Qran-prisi avqustun 22-dən 24-dək Balatonfokayardakı “Balaton Park” avtodromunda keçirilir.